Məktəblərdə psixoloqların sayı şagirdlərin sayına uyğunlaşdırıla bilər

Məktəblərdə psixoloqların sayı şagirdlərin sayına uyğunlaşdırıla bilər

""Təhsil haqqında” qanuna uyğun olaraq "Psixoloji xidmətin təşkili haqqında” qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.

APA-nın xəbərinə görə, bunu "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.
Onun sözlərinə görə, qanun layihəsində psixoloqların sayının şagirdlərin sayına uyğunlaşdırılması nəzərdə tutulur: "Hesab edirəm ki, bu, bizim işimizə müsbət təsir göstərəcək. Biz ailələrin məktəblə əlaqəsini genişləndirmək məqsədilə onların vəziyyətini də öyrənmişik. 30 minə yaxın ailədə ata-ana ayrılıb, əlbəttə bunun da uşaqların psixologiyasına təsiri var. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olub. Əlbəttə ki, belə uşaqların zərərli vərdişlərə yiyələnmə ehtimalı daha çoxdur. Ona görə də belə uşaqları müəyyən edərək, onlarla iş aparırıq. Deməzdim ki, Azərbaycanda zorakılığa məruz qalma, zərərli vərdişlərə qoşulan uşaqların sayı yox dərəcəsindədir. Əlbəttə, belə uşaqlar var”.
F. Həmzəyev vurğulayıb ki, həmin uşaqların məktəb təlimlərinə cəlbində də müəyyən problemlər olur: "Qanunlarımızda bu məsələ ilə bağlı boşluqlar özünü göstərir. Misal olaraq, Azərbaycanda icbari təhsil 9 illikdir. İcbari təhsil səviyyəsində də təhsildən yayınanlar var. Belə uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır. Həmin uşaqlar təsərrüfat və digər işlərə cəlb olunur. Bu uşaqların icbari təhsilə cəlb edilməsində müəyyən çətinliklərimiz var”.
Xəbər 36 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR