Məktəblər yenidən bağlanacaq? - Nazirdən AÇIQLAMA

Məktəblər yenidən bağlanacaq? - Nazirdən AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev məktəblərin yenidən bağlanacağı haqqında müzakirələrə aydınlıq gətirib.

Aktual.az xəbər verir ki, Emin Əmrullayev vurğulayıb ki, qarşıdan Novruz bayramı gəlir, sabah axırıncı dərs günüdür:

"Düşünürəm ki, növbəti 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır.  9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər. Ümid edirəm ki, buna nail olacağıq".
Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR