Məktəbə gedən 13 yaşlı qızı maşın vurdu

Məktəbə gedən 13 yaşlı qızı maşın vurdu

Sumqayıt şəhərində məktəbə gedən 13 yaşlı qızı maşın vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Məlahət Ceyhun qızı İbrahimova yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, ağır kəllə-beyin travması ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Məktəbin 7-ci sinif şagirdi olan M.İbrahimovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR