Meksikada vulkan 5 kilometr hündürlüyə kül püskürdü

Meksikada vulkan 5 kilometr hündürlüyə kül püskürdü

Meksika paytaxtının yaxınlığında Popokatepetl vulkanı 5 kilometr hündürlüyə kül püskürüb. Bu barədə ölkənin Milli Mülki Müdafiə İdarəsi öz "Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda vulkanın Mexiko əhalisi üçün təhlükəli olmadığı bildirilir.
Mexikodan 70 kilometr məsafədə yerləşən Popokatepetl Meksika ərazisində ən böyük və aktiv vulkanlardan biridir. Xatırladaq ki, bu ilin aprel ayında Meksika Mülki Müdafiə Qüvvələrinin milli əlaqələndiricisi David Leon vulkanın püskürmə imkanını istisna edib (Azərtac).
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR