Meksikada boru kəmərində partlayış 170 uşağı valideynsiz qoyub

Meksikada boru kəmərində partlayış 170 uşağı valideynsiz qoyub
  • DÜNYA

 Meksikada 128 nəfərin ölümünə səbəb olan boru kəmərində partlayış, 170 uşağı bir və ya hər iki valideynindən məhrum edib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İdalqo ştatında federal hökumətin inkişaf proqramının nümayəndəsi Abraam Mendosa istinadən "Excelsior" nəşri yazıb.
"Təqribi məlumatlara görə, hazırda – lakin biz məlumat toplamaqda davam edirik – 170 yetkinlik yaşına çatmayan yetim uşaq var", - deyə Mendos bildirib.
Eyni zamanda, onun sözlərinə görə, bəzi uşaqlar partlayış nəticəsində yalnız bir valideynindən, bəziləri isə hər ikisindən məhrum olublar.
Mendos bildirib ki, sonuncu halda hökumət uşaqları himayəsinə götürəcək qohumların axtarışdadır.
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR