Meksika prezidenti ABŞ-ı ittiham edib

Meksika prezidenti ABŞ-ı ittiham edib

ABŞ hakimiyyətinin Meksikanın qanuni hökumətinə qarşı çıxan qrupları maliyyələşdirdiyinə dair sübutlar var.
Aktual.az-ın məlumatına görə, bunu Meksika lideri Andres Manuel Lopez Obrador mayın 18-də Milli Sarayda keçirdiyi mətbuat konfransında deyib.
Ölkə prezidenti əvvəllər barəsində bahalı mənzil alması və xaricə səfərləri ilə bağlı kompromatlar yayılan milli müdafiə naziri Luis Kresensio Sandovalı dəstəkləyib. Lopez Obrador bildirib ki, bu versiyalar ABŞ hökumətindən dəstək alan Klaudio Qonzales qrupunun araşdırmalarına əsaslanır.
"Niyə biz silahlı qüvvələrə və bu halda generala hücumları görürük? Çünki onlar istədiklərini etməmişdən əvvəl özlərinə hər şeyə icazə verdilər... Amma asayiş artıq bərpa olunub və Meksika heç bir xarici hökumətin himayəsi altında deyil: onlar bizə hörmət etməyi öyrənməli olacaqlar” prezident deyib.


Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR