Meksika-Azərbaycan arasında turist axını 5 il ərzində 20% artıb

Meksika-Azərbaycan arasında turist axını 5 il ərzində 20% artıb

Ötən il Meksika iləAzərbaycan arasında ticarət mübadiləsinin həcmi 26,2 mln dollar olub.


Səfirlikdən "Report”a verilən məlumata görə, bu ildə bu göstəricilərin ötən il ilə müqayisədə artacağı gözlənilir.

2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35,74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12,44% çoxalıb.

"Meksika məhsullarının Azərbaycan bazarındakı iştirakına gəlincə, neft sənayesi üçün qazma alətləri 39%, qazma boruları 18%, neft və qaz üçün borular isə 10-12% təşkil edir. Həmçinin, Azərbaycana idxal olunan Meksika mənşəli pivə bazarda  12% yer tutur. Bundan başqa, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8,93%, Meksikada isə azərbaycanlı turistlərin sayı 19,06% artıb. Ümumilikdə, bu səfirliyin açılmasından etibarən (2014-2018) ikitərəfli turist axınları 20% artım baş verib. Azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər”, - məlumatda bildirilir.

Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR