“Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi”

“Mehriban Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi”

"Cənab Prezident İlham Əliyevin apardığı islahatların sürətləndirilməsi üçün hörmətli I Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında islahatların mexanizmini hazırlayan komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi. İlk gündən biz bir müxalifət partiyası olaraq aparılan islahatlara dəstəyimizi nümayiş etdirmişik”.


Bu açıqlamanı Aktual.az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev aparılan islahatlara dəstəyini həm Milli Məclisdəki çıxışlarında, həm də ölkə mətbuatına verdiyi açıqlamlarında xüsusi olaraq qeyd edib: " Azərbaycanda indiyə qədər görülən işlər islahatların genişləndirilməsinə və ölkənin yeni bir mərhələyə keçidinə imkan verir. Bu baxımdan da hazırda ciddi kadr islahatları aparılmalı, hökumət yeni düşüncəli, sağlam fikirli, savadlı, uzun illər siyasətdə olan və hər zaman dövlət maraqlarını müdafiə edən, qoruyan, mütərəqqi və bilikli insanlar hesabına gücləndirilməlidir. Hətta bu adamlar Milli azadlıq hərəkatının iştirakçısı olmuş, siyasətdə uzun illər formalaşmış, müsbət imicli və hazırlıqlı şəxslərin də islahatların həyata keçirilməsinə cəlb olunması ona ictimai dəstəyi xeyli artıra bilər.” Niyaməddin Orduxanlının qənaətinə görə, Prezident İlham Əliyevin apardığı islahatları hakimiyyət komandası daxilində qəbul etməyən, imkan düşdükcə maneə törədən qüvvələr var: " Açıq şəkildə bunu görmək olur. Görülən işləri həzm edə bilməyən qüvvələr radikal müxalifətlə birlikdə proseslərə mane olmağa çalışırlar. Hətta bunlar xaricdən hakimiyyətə söyüş yağdıran qüvvələri maliyyələşdirir, islahatları gözdən salmağa, sabitliyi pozmağa çalışırlar. Əsas məqsədləri ölkədə sabitliyi pozmaqdır. İstənilən məişət problemini gündəmə gətirib " səs-küy” yaratmağa cəhd edirlər. Bunların bir mərkəzdən idarə olunduğunu görməmək mümkün deyil. Bu adamlar dərhal aşkarlanmalı və ifşa edilməlidirlər. Əsas məqsədləri islahatları durdurmaqdır. Bunda görə də, hökumət cəsarətli və ağıllı addımlar atmalıdır. Bu qüvvələr həqiqətən cəmiyyətimizin inkişafı yolunda böyük problemə çevriliblər. Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib. Onlar artıq başqa cür fəaliyyət göstərə bilməzlər. Sosial şəbəkələrdən geniş istifadə edən siyasətçi kimi bildirmək istəyirəm ki, aparılan islahatları xalq ciddi şəkildə dəstəkləyir. Bu gün Azərbaycanda tək facebook-da 3 milyon insan qeydiyyatdan keçib və orada fəaliyyət göstərir. Mənim facebook səhifəmim on minlərlə üzvü var. Onların rəylərini, yazdıqları statusları oxuduqca, açıq-aşlar görünür ki, aparılan islahatlara cəmiyyət tərəfindən böyük dəstəyin olduğunun şahidi oluruq.”

Xəbər 705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR