Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Aktual.az-ın xəbərinə görə, Birinci vitse-prezidentin "Instagram" akkauntunda yer alan paylaşımda deyilir: 
"Əziz veteranlar!
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Bu bayram həm sizin üçün, həm də, ümumiyyətlə, xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.
Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!".


 

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR