Məhkəmə “Qax-Konserv”in əmlakının hərraca çıxarılmasına qərar verib

Məhkəmə “Qax-Konserv”in əmlakının hərraca çıxarılmasına qərar verib

Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin "Qax-Konserv” ASC-nin siyahıya alınmış əmlakının hərracda satılması ilə bağlı məhkəmədə qaldırdığı iddia təmin edilib.

"Report”un xəbərinə görə, iddiaya Şəki İnzibati iqtisadi Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə baxılıb.
İddiaya səbəb "Qax-Konserv” ASC-nin 5075,97 manat borcunun olmasıdır.
Dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus 1 ədəd 5000 manat dəyərində olan taxta emal edən aparat və 3000 manat dəyərində olan 1 ədəd taxta emal edən aparat siyahıya alınıb.
Məhkəmə cavabdeh "Qax-Konserv” ASC-nin dövlət büdcəsinə ödənilməmiş 5075,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin əmlakın ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə ediləcək vəsaitdən 5075,97 manat dövlət büdcəsinə ödənilməsi barədə qərar çıxarıb. Qərarda həmçinin 30 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulması qeyd edilib.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR