“MedEra hospital”da daha bir rüsvayçılıq – VİDEO

“MedEra hospital”da daha bir rüsvayçılıq – VİDEO

"MedEra hospital” klinikasında soyğunçuluqla üzləşdiyini söyləyən vətəndaş Bayram Hacıyev sosial şəbəkələrdə video müraciətini yayıb.
 
Aktual.az AzEuroNews.com-a istinadən xəbər verir ki, feysbukdan prezidentə üz tutan B.Hacıyev övladının idmançı olduğunu, uşağın ürəyində problem yarandığını və təcili klinikaya çatdırdığını bildirib.
 
Onun sözlərinə görə, "MedEra hospital” onu valideyn kimi övladının qarşısında xəcalətli edib: "Mən Oqtay Şirəliyevi məlumatlandırıram, 21 saylı poliklinikada kardiloq tapılmadı.
 
Bizi bu klinikaya yönləndirdilər. Mən əsgər yetişdirirəm, amma bu klinikalar gələcəyimizi məhv edir.
 
Pulun yoxdursa, sənə baxmırlar. Cənab prezident, sizinlə birlikdə vətən xainlərini ifşa edəcəyik”.
 
Hospitalın Rəhimə adlı xanım operatoru hadisəni təsdiqləyib: "Ona bildirilib ki, burada xidmət ödənişlidir.O, da heç bir ödəniş etmək istəməyib. Bura dövlət xəstəxanası deyil, özəl xəstəxanadı, burada da hər şey ödənişlidir".
 
Unikal.org-a açıqlama verən "MedEra Hospital"ın direktoru Lalə Babayeva Bayram Hacıyevin övladının xəstə olmadığını iddia edib:
 
"Orada uşaq narahat deyildi. Uşaq onun yanında ayaq üstə gülürdü. Xəstəyə oxşamırdı. Onlar klinikaya hazırlıqlı gəlmişdilər. Valideyn klinikaya müraciət edərkən uşaq kardioloqu tələb edib. Ona bildirilib ki, onun tələb etdiyi həkim burada yoxdur. Həkim müayinəsinə pul tələb etməmişik. Amma bildirmişik ki, aparatlardan istifadə edilərsə, analiz verilərsə, ödəniş edilməlidir. Klinikamızın özəl günlərində ödənişsiz aksiya keçirilir. O, Bayram Hacıyev isə ödəniş etməkdən imtina edir. Onun uşağının vəziyyəti pis olmayıb. Onun əlində kamera bütün günü klinikada gəzib. Yardıma gələn insan kamera ilə gəlir?O, şantaj edir insanları.Şantaj eləyən insanlara xidmət göstərilərmi sizcə?".
 
Xatırladaq ki, sözügedən klinikada daha bir uşağın valideyni pula görə pis vəziyyətdə qalmışdı.
 
Mübariz Aslanov adlı istifadəçi "MedEra hospital” klinikası haqda yazmışdı ki, kartdan pul çıxarmaq üçün bankomat tapmamışdı və klinikanın həkimi Əli Quliyev onun 40 dərəcə qızdırmalı uşağına baxmaqdan imtina etmişdi. Sonra tərəflər barışmışdılar.

Xəbər 1520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR