Mask Marsın fəthindən danışdı: “Əvvəl-əvvəl xeyli insan öləcək”

Mask Marsın fəthindən danışdı: “Əvvəl-əvvəl xeyli insan öləcək”

Bəşəriyyət Marsı fəth edən ilk könüllülərin həyatıyla bu fəthin hesabını ödəməli ola bilər. 

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu barədə Amerikanın "Space X” şirkətinin rəhbəri İlon Mask xəbərdarlıq edib.

"Düzü, əvvəl-əvvəl xeyli insan öləcək. Oraya getmək asan deyil, - Mask deyib. - Bəli, ölüm ola bilər. Şərait əlverişsiz olacaq və yeməklər çox yaxşı olmayacaq. Eləcə də bu kimi şeylər”.

Onun sözlərinə görə, planetin öyrənilməsi üçün yalnız könüllülər göndəriləcək. Artıq çox sayda müraciət edən var, Mask bildirib və qeyd edib ki, onları "şərəfli səyahət" və "heyrətamiz təcrübə" gözləyir. Maskın bundan bir qədər əvvəl bildirdiyinə görə, onun şirkəti ilk insanı Marsa 6 il sonra çatdıra biləcək.

"Space X”in qurucusuna görə, Marsın fəthi digər planetlər kimi, bəşəriyyətin sağ qalması üçün lazımdır.
Xəbər 36 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR