Masallıda 8 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Masallıda 8 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Masallı rayonunda 8 nəfərin ölümünə səbəb olan ağır yol qəsası ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bunu "Report"a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
O əlavə edib ki, bu gün səhəe saat 7 radələrində "Mercedes" markalı 99-LH-458 dövlət nömrə nişanlı mirkoavtobusla Astara istiqamətində hərəkətdə olarkən eyni istiqmətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
"Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı müvafiq istintaq hərəkətləri davam edir"- deyə R.Quliyev bildirib. 
 
Aktual.az
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR