"Marneuliyə “sekta üzvü” və kriminal avtoritetin bacısı oğlunu mer gətirmək istəyirlər"


Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində bu ilin may ayında növbədənkənar mer seçkisi keçiriləcək. Biz Borçalıdan kənarda yaşasaq da, orada baş verən siyasi proseslərdən kənar deyilik. Ordakı bəzi "siyasi dəllalar” anlasınlar ki, Gürcüstan kənardan aydın görünür. Biz xalqa qarşı hazırlanan təxribatlara göz yuma bilmərik. 

Bu sözləri mətbuata Beynəlxalq Borçalı Strateji Araşdırmalar Mərkəzinin (Varşava, Polşa) sədri İsmayıl Qacar deyib. 

İsmayıl Qacarın sözlərinə görə Marneulidə bir neçə istiqamətdə ciddi təxribatlar hazırlanır. Bu təxribatlar yaxın gələcəkdə Gürcüstan dövlətinə qarşı azərbaycanlı əhalisinin "idarəolunan” separatçı meyllərinin baş qaldırmasına səbəb olacaq. Bu hamısı korrupsiyanın, rüşvətxorluğöun, səriştəsiz kadr siyasətinin nəticələridir. Rəsmi Tbilisini yerli məmurlar və iqtidar partiyası olan "Gürcü Arzusunun” deputatları, Kvemo-Kartli (Borçalı) qubernatorunun müavinləri aldadırlar. Hökümətə və "Gürcü Arzusu” siyasi partiyasının mərkəzi apartına yanılış, dezinformasiya xarakterli hesabatlar verilir.

Marneulinin eks-meri Teymur Abazov 2018-ci ildə həbs edildikdən sonra 2019-cu ilin may ayında növbədənkənar mer seçkisi keçiriləcək. Bu seçki öncəsi ciddi "siyasi alver” başlayıb. Marneulidə fəaliyyət göstərən siyasi klan Marneuli mer postuna nəzarəti ələ keçirməyə çalışır. Hazırkı tarixə Marneuli meri postuna iqtidar partiyası olan "Gürcü Arzusundan”, həmçinin siyasi müxalifətdən hər hansı sanballı namizəd yoxdur. Marneulidəki siyasi klan, mer postuna, hazırda Kvemo-Kartlinin vitse-qubernatoru vəzifəsini tutan, əslən Marneulidən olan, kriminal avtoritet "Cabo”nun bacısı oğlu Zaur Darğallını gətirməyi planlayıb. Hazırlanmış plana görə Zaur Darğallı iqtidar partiyası "Gürcü Arzusundan” mer postuna namizəd göstəriləcək və adminstrativ resursdan istifadə edilərək mer seçiləcək. Bu plan bir neçə şəxsin arzusuna uyğun tərtib edilib və "Gürcü Arzusu” partiyasının mərkəzi aparatına, həmçinin Bidzina İvanişviliyə dezinformasiya ötürülüb. Rəsmi Tbilisiyə verilən hesabatda qeyd olunub ki, "guya Zaur Darğallının xalq sevir və seçkidə iqtidar partiyasının namizədi kimi qələbə çalacaq.”

Zaur Darğallı barədə ictimayyətdə, həmçinin Azərbaycanda müfəssəl məlumat yoxdur. 2017-ci ildə Zaur Darğallı Kvemo-Kartli vitse-qubernatoru təyin ediləndə Azərbaycan mətbuatında bu fərəhlə qeyd edildi. Amma əsas məlumatlardan siyasi elita xəbərsizdi. Qeyri rəsmi olaraq belə bir məlumat var ki, Zaur Darğallı birincisi müsəlman deyil. Müsəman olmadığı barədə Zaur Darğallının özü dəflərlə deyib guya ateisdir. Marneulidəki bəzi mənbələr isə bildirilər bu şəxs hələ gənc yaşlarından "Yeqovanın Şahidləri” dini sektasının aparıcı üzvlərindən buiridir və Borçalıda anti-müsəlman, həmçinin Gürcü Pravoslav Kilsəsinə qarşı fəaliyyətlərdən çəkinməyib. Geyri-rəsmi məlumata görə məhz Zaur Darğallının fəaliyyəti nəticəsində onlarla müsəlman azərbaycanlı və pravoslav gürcü, "Yeqovanın Şahidləri” dini sektasına cəlb edilib. Bu məlumatın düzgün olmadığını tam təssdiqləmək üçün bir yol var, o da bu Zaur Darğallının məcsidə gedib müqəddəs kitabımız " Quranı Kərimə” and içməyi və mehrab qarşısında əmin etməyidir ki, o msəlmandır və heç bir sektaya daxil deyil. 

Mən şəxsən bu barədə artıq Gürcüstan Katolikos-Patriarxı İkinci İliyanın dəftərxanasına rəsmi məlumat göndərəcəm. Gürcü Pravoslav Kilsəsi  qeyri-ənənəvi dini sektalarla və Zaur Darğalı haqqındakı  təsdiq bu şübhə dolu məlumat barədə ciddi şəkildə məşğul olmaıdır. 

Digər tərəfdən Zaur Darğallı 2013-cü ildə həbs edilmiş, hazırda həbsxanada olan, "Cabo” ləqəbli kriminal avtoritet, Cabir Əhmədovun bacısı oğludur. Gürcüstan Daxili İşlər Naziri Giorgi Qaxaria bu məsələyə bir açıqlama verməlidir. "Oğru dünyasına” bağlı Cabir Əhmədovun bacısı oğlu Kvemo-Kartli qubernatorunun müavini vəzifəsini necə tutr? Zaur Darğallının telefon danışıqları və görüşləri  barədə məlumat Daxili İşlər Nazirliyində araşdırılmalıdır. Çunki bu şəxs "oğru dünyası” ilə ciddi əlaqələrə malikdir. Kriminal aləmlə bağlı şəxsin Kvemo-Kartli qubernatoru vəzifəsini tutmağa və yaxud Marneuli meri "seçilməsinə” azacıq haqqı belə yoxdur.  Deyə İsmayıl Qacar fikirlərini tamamlamışdır.///7News.Az
Xəbər 942 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR