Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu
  • DÜNYA

Ötən gün 60 yaşında vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində azarkeşlərlə polis arasında toqquşma baş verib.
"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, mərasimin başlamasından bir saat sonra bəzi fanatlar izdihamı dağıtmağa və yürüşü pozmağa cəhd göstərib.
Onlar Maradonanın meyitinin olduğu Buenos-Ayresdəki Kasa Rosada prezident sarayına girməyə çalışıblar. Bəzi azarkeşlərin polis məmurları ilə toqquşduğu bildirilib. Onlardan bəziləri hasarları sındırıb.
Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayıb və 48 saat davam edəcək.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR