Makedoniyanın adı dəyişdirilir – Parlament təsdiqlədi

Makedoniyanın adı dəyişdirilir – Parlament təsdiqlədi
  • DÜNYA

Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, düzəlişlər bütün mətn üzrə "Makedoniya" sözünün qarşısına "Şimali" sözünün əlavə olunmasını, konstitusiya preambulasının dəyişdirilməsini, sərhədlərin dəyişməzliyinin və ərazi bütövlüyünün təmin edilməsi və xaricdəki diasporlara dəstək üçün tədbirləri nəzərdə tutur.
"Lehinə 81 nəfər səs verdi, konstitusiyaya dörd düzəlişin hər biri qəbul olundu", - deyə parlament spikeri Tələt Cəfəri bildirib.
Ölkə konstitusiyasına dörd dəyişiklik yarıboş zalda edilib. Çünki ən böyük müxalifət partiyası olan VMRO-DPNE-nin millət vəkilləri iclası boykot ediblər və Skopyenin mərkəzində yığıncağın keçirildiyi bina qarşısında etiraz mitinqi keçiriblər.
Parlamentin təsdiq etdiyi qanunun qüvvəyə minməsi üçün Makedoniya prezidenti Georgi İvanov tərəfindən imzalanmalıdır. O isə bundan əvvəl sənədi imzalamayacağını bildirib.
 
Aktual.az
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR