Maduro Venesuela hökumətini istefa verməyə çağırıb

Maduro Venesuela hökumətini istefa verməyə çağırıb

Venesuela prezidenti Nikolas Maduro hakimiyyətdə struktur dəyişiklikləri ilə əlaqədar hökuməti təmsil edən nazirləri istefa verməyə çağırıb.

ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu icraçı vitse-prezident Delsi Rodriqes Twitter səhifəsində bildirib.
"Nikolas Maduro istefa tələbi ilə hökumətin bütün icraedici nümayəndələrinə ünvanlanıb və Bolivar hökumətinin yenidən qurulmasının zəruriliyini vurğulayıb”,– xanım Rodriqes belə deyib.
O həmçinin əlavə edib ki, struktur dəyişikliklərinin əsas məqsədi "Simon Bolivarın və Uqo Çavesin vətənini bütün təhlükələrdən qorumaq”dır.
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR