Maduro: "ABŞ Venesuelaya "enerji müharibəsi" elan edib"

Maduro:

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın onun ölkəsinə "enerji müharibəsi" elan etdiyini bildirib.

"Report” xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Bununla yanaşı, Maduro qeyd edib ki, "Amerika imperializmi"nə Venesuelanın sabiq Prezidenti Uqo Çaves "xalqı"nın öhdəsindən gəlmək nəsib olmayacaq.
Prezident ölkədə elektrik enerjisi ilə bağlı yaranmış problemlərdə ABŞ-ın əlinin olması ilə bağlı dəlil gətirməyib.
Daha əvvəl yerli mətbuat Venesuelanın 23 ştatından 21-də elektrik enerjisində kəsilmələrin olduğunu, həmçinin bunun paytaxt Karakasa da toxunduğunu yazıb.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR