Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi “Şərəf” ordeni ilə təltif edib.
Aktual.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Y.Eyyubov və X.Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə təltif olunub.