"Lotu Quli"dən Afaq Aslanla bağlı paylaşım - "Prinsesim" - FOTO


Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov müğənni Afaq Aslanla sevgili olduğuna dair paylaşım edib.


Aktual.az publika.az-a istinadla xəbər verir ki, Quli İnstaqram səhifəsində öz adı və müğənninin adının baş hərfləri yazılan foto paylaşıb.

Bundan başqa kriminal avtoritetin izlənmə siyahısında iki profil var. Bunlardan biri məhz Afaq Aslana məxsusdur.

 

Qeyd edək ki, bir müddət öncə Afaq Aslan da İnstaqram hesabının məlumat bölməsində Nadir Səlifovun adının baş hərfi ilə öz adının baş hərfini yazmışdı. Onun izləyici siyahısında isə yeganə olaraq Nadir Səlifov var idi.

Afaq Aslana bu münasibətlə bağlı dəfələrlə suallar ünvanlansa da, o, şəxsi həyatı haqqında danışmayacağını deyib.

Xəbər 813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR