Londonda təyyarə enə bilmədi – Güclü küləyə görə (VİDEO)

Londonda təyyarə enə bilmədi – Güclü küləyə görə (VİDEO)
  • DÜNYA

Böyük Britaniyanın paytaxtı Londonun Hitrou hava limanında təyyarə güclü qasırğa səbəbindən eniş edə bilməyib.


Trend-in məlumatına görə, pilotlar təyyarəni endirmək istəsələr də, dərhal yenidən havaya qaldırmalı olublar.

"British Airways” aviaşirkətinə məxsus təyyarə aeroport üzərində bir neçə dövrə vurmalı olub və külək nisbətən səngidikdən sonra eniş edib. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

 

Qeyd edək ki, Böyük Britaniyada həftəsonu "Erik" qasırğası tüğyan edir. Bəzi regionlarda küləyin sürəti saatda 110 kilometrə çatır.

 

Xəbər 116 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR