Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Böyük Britaniyada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

APA-nın Böyük Britaniya bürosunun məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, ictimai xadimlər, xarici qonaqlar və Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib. O, həmin dövrdə bir çox sovet ölkəsində oxşar hadisələr baş verdiyini, lakin bunlardan ən qanlısının demək olar ki, məhz Bakıda həyata keçirildiyini deyib. Tahir Tağızadə 20 Yanvarın qürur hissləri ilə yada salındığını, bunun Azərbaycan xalqının istiqlaliyyətə doğru atdığı bir addım olduğunu bildirib.
Tədbirdə daha sonra Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert, antropoloq alim Tamara Draqadze çıxış edərək 20 Yanvar faciəsi haqqında öz xatirələrini, fikirlərini bölüşüblər. Londonda hüquq təhsili alan Sabir Məmmədov isə 20 yanvar faciəsinin hüquqi aspektlərinə toxunub.
Daha sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub. Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun çıxışı ilə yekunlaşıb.
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR