“Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır” - Qüdrət Həsənquliyevdən çağırış

“Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır” - Qüdrət Həsənquliyevdən çağırış

Milli Məclisin plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev öncə İranda pozulan insan hüquqlarından bəhs edib. Həmçinin Azərbaycan türklərinin təbii haqlarından məhrum edildiyini bildirib.
 
Aktual.az xəbər verir ki, ardınca deputat ilginc təkliflə çıxış edib. Bildirib ki, ölkəmizdə konstitusiya hazırlanmalı və referendumda qəbul olunmalıdır:
 
"İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.

Deputat dedi ki, İrandakı rejim Bakını işğalla hədələməklə diqqəti daxildəki problemlərdən yayındırmağa cəhd edir. Vaxtilə deyirdilər ki, Kərbəlanı azad edib, sonra Yerusəlimi azad edəcəyik. Indi də Bakını təhdid edilər.(musavat)


Xəbər 2749 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR