Ölkədə 3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir

Ölkədə 3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir

Hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın patologiyasından əziyyət çəkən 3 mindən çox xəstə qeydiyyatdadır və onlar buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Milli Oftalmologiya Mərkəzinin (MOM) şöbə müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva deyib.
O, əslində bu xəstələrin sayının daha çox olduğunu söyləyib.
F.Ağayeva qeyd edib ki, ötən ilin oktyabrından etibarən MOM-da buynuz qişanın transplantasiyası əməliyyatlarına başlanılıb: "Ötən müddətdə 40-a yaxın şəxs üzərində buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb. Əməliyyat üçün lazım olan göz buynuzu transplantı Ümumdünya Göz Bankı ilə imzalanan müqaviləyə əsasən, ölkəmizə ABŞ-dan gətirilir. Əvvəllər bu əməliyyatlar Azərbaycanda aparılmadığından, xəstələrimiz xarici ölkələrə üz tutmağa məcbur olurdular".
MOM-un cərrah-transplantoloqu Fərəh Abduləliyeva bildirib ki, transplantasiya əməliyyatı buynuz qişasının xorası, absesi nəticəsində baş verən deşilmə zamanı aparılmalıdır.

Onun sözlərinə görə, əvvəllər belə xəstələr əməliyyat üçün xaricə gedirdilər: "Lakin onların həkim nəzarəti altında olmasına ehtiyac var. Buna görə də onlar tez-tez xaricə getməli olurdular ki, bu da onlar üçün əlavə xərc yaradırdı. Buynuz qişa transplantasiyası aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Sonuncu dəfə ötən həftə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb"
Xəbər 86 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR