Ölkə ərazisinə dərman vasitələrinin keçirilməsinin qarşısı alındı

Ölkə ərazisinə dərman vasitələrinin keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn "Mercedes-Benz” markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu zaman sürücü idarə etdiyi yük avtomobilində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində müxtəlif adda 1 161 qutu və 1 294 konvolyut dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbər 122 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR