Litvada koronavirusdan ölənlərin sayı 2 dəfə artdı

 Litvada koronavirusdan ölənlərin sayı 2 dəfə artdı

Litvada daha 2 nəfər koronavirus infeksiyasının qurbanı olub.

"Report” "Sputnik Litva”ya istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 4-ə çatıb.
Bundan başqa, yoluxanların sayı da daha 46 nəfər artaraq 255-ə çatıb.
Qeyd edək ki, Litva hökuməti martın 16-dan 30-dək bütün ölkə ərazisində karantin rejimini elan edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 435 391-ə çatıb. Bunların 111 878 nəfəri sağalıb, 19 620 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR