Lerikdə yük maşını dərəyə aşıb, ölən və yaralananlar var

Lerikdə yük maşını dərəyə aşıb, ölən və yaralananlar var

Lerik rayonunun Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində ağır yol qəzası baş verib.

Aktual.az "Report"a istinadən bildirir ki, "QAZ-66" markalı yük maşınının yoldan çıxaraq dərəyə aşması nəticəsində maşının kabinəsində olan 1984-cü təvəllüdlü Ağayev Kamal Cəfər oğlu dünyasını dəyişib.
Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Əhədov Babek Xəlil oğlu və 1985-ci il təvəllüdlü Hüseynov Zaur Atakişi oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya yüksək sürət səbəb olub.
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR