Lənkəranda mikroavtobus aşdı, 10 nəfər yaralandı - YENİLƏNİB

Lənkəranda mikroavtobus aşdı, 10 nəfər yaralandı - YENİLƏNİB

Lənkəran rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 10 nəfər sərnişindən 9 nəfərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü  İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Samirə Rzayeva, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Rzayev, 1951-ci il təvəllüdlü Namiq Qarayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 
Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.
 
*** 
 Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.

"Report"un yerli bürosunun məlumatına görə, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində  44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılardan 6 nəfər xəstəxanaya çatdırılıb. 
Faktla bağlı araşdırmalara başlanılıb. 
***
 Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. 
Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Aktual.az
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR