Lənkəranda ağır yol qəzası - 1 ölü, 4 yaralı

Lənkəranda ağır yol qəzası - 1 ölü, 4 yaralı

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə raronun Şağlaküçə kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Məlumata görə, sürülərdən biri - Lənkəran rayonunun Şovu kənd sakini, 1959-cu il təvəllüdlü Əbutalıb Xalıq oğlu Şahbazov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun sərnişinləri - Lənkəran rayonunun Şovu kənd sakinləri 1961-ci il təvəllüdlü Vədiyə Həsən qızı Şəfiyeva, onun qızı, 1982-ci il təvəllüdlü Əminə Əbülfəz qızı Şəfiyeva və gəlini, 1987-ci il təvəllüdlü Ramilə Ağaman qızı Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Digər sürücü - Lerik rayonun Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Vaqif Mirağa oğlu Bəndiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR