Lavrov KTMT-nin Ermənistanda keçiriləcək iclasında iştirak edəcək

Lavrov KTMT-nin Ermənistanda keçiriləcək iclasında iştirak edəcək
  • DÜNYA

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanda Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, eləcə də KTMT Təhlükəsizlik Şurası Katiblər Komitəsinin birgə iclasında iştirak edəcək.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.
Onun sözlərinə görə, iclas iştirakçıları təşkilat çərçivəsində xarici siyasət, hərbi və antiterror əməkdaşlığına dair qərarlar paketini nəzərdən keçirəcəklər.
Həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş bir sıra sənədlərin, o cümlədən yekun bəyannamənin təsdiqi nəzərdə tutulur.


Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR