Lavrov İrəvana səfər edəcək

Lavrov İrəvana səfər edəcək
  • DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanın paytaxtı İrəvana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktor müavini İvan Neçayev bildirib.
Onun sözlərinə görə, S.Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Toplantı noyabrın 23-də İrəvanda keçiriləcək.
İclasda KTMT-nin kollektiv təhlükəsizliyi, regionlarda hərbi-siyasi vəziyyət və təşkilat çərçivəsində terrorçuluğa qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.(report)




Xəbər 186 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR