Lavrov Antalyada Çavuşoğlu ilə görüşəcək

Lavrov Antalyada Çavuşoğlu ilə görüşəcək
  • DÜNYA

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində baş tutacaq.

Lavrov, həmçinin Suriya üzrə Astana prosesi ölkələrinin (Rusiya, İran, Türkiyə) üçtərəfli görüşündə iştirak edəcək.

Türkiyə XİN-də bir mənbənin daha əvvəl verdiyi məlumata görə, Lavrov türkiyəli həmkarı ilə telefon danışığı zamanı Antalya Diplomatik Forumunda iştirakını təsdiq edib.

Qeyd edək ki, Antalya Diplomatik Forumu martın 11-13-ü keçiriləcək.
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR