Latviya XİN Dağlıq Qarabağdakı hadisələrlə bağlı açıqlama yayıb

Latviya XİN Dağlıq Qarabağdakı hadisələrlə bağlı açıqlama yayıb

Latviya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhəddində, Tovuz rayonunda vəziyyətin gərginləşməsindən və Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşılıqlı atəşdən narahat olduğunu bildirir.
Aktual.az  "Report"a istinadən xəbər verir ki, Latvuya XİN-i bu hadisələrin sülhə və stabilliyə ciddi təhlükə yaratdığı və hər iki tərəfin itkilərinə səbəb olduğunu bildirib.
Latviya Xarici İşlər Nazirliyi hər iki tərəfi atəşi dayandırmağa və atəşkəsə əməl etməyə çağırır. Ermənistan və Azərbaycan münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkət və bəyanatdan çəkinməlidirlər.
Dağlıq Qarabağda münaqişə ilə bağlı Latviyanın mövqeyi bəllidir: Latviya, Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında qeyd olunduğu kimi istənilən ölkənin suverenliyini və onun ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində qəbul edilmiş ümumi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll edilə bilər.
Xəbər 108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR