Cənubi Qafqazın nəqliyyat və logistika sektorunda Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Ekspertlərin fikrincə, Bakı potensial olaraq Mərkəzi Asiya ölkələri üçün əsas nəqliyyat arteriyasına çevrilə bilər. Riqa bu "multimodal nəqliyyat əlaqəsi”ndə onun etibarlı tərəfdaşı ola bilər.
Qaynarinfo xəbər verir ki, bunu Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs deyib.
"Biz Azərbaycan müəssisələrinə təkcə yüklərin limanlarımız vasitəsilə daşınmasını deyil, həm də onların saxlanması, emalı, həmçinin Şimali Avropada sonrakı paylanması imkanlarını təklif edirik”, - "Eadaily” nəşri dövlət katibindən sitat gətirib.
Latviyalı diplomat qeyd edib ki, yüklərin hava daşımaları daha bir perspektivli istiqamət ola bilər. Riqa hava limanı Baltikyanı ölkələr və Skandinaviya ölkələrinə, Bakı isə Avrasiyaya yük uçuşlarını təmin edə bilir.
MK.ru qeyd edir ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının iqtisadi siyasətini ədalətsiz adlandırıb. Ermənistan Aİ-dən 2,6 milyard dollar, Bakı isə cəmi 140 milyon dollar yardım alacaq.
Xəbər 398 dəfə oxunub.