Kür çayının üzərindən keçən körpü təmirdən sonra istifadəyə verildi

Kür çayının üzərindən keçən körpü təmirdən sonra istifadəyə verildi

Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi baş tutub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, 25 il bundan əvvəl tikilib istifadəyə verilən körpü ötən il iyun ayının 1-dən əsaslı təmirə dayandırılmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzarəti ilə yenidən qurulan körpü bu gündən vətəndaşların istifadəsinə verilib.
Açılış mərasimində AAYDA-nın İdarə Heyətnin sədri Saleh Məmmədov, Rayon İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak ediblər.
Qeyd edək ki, Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edilir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır.
Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR