Kostromalı sahibkarlar Azərbaycana işgüzar səfərə gələcək

Kostromalı sahibkarlar Azərbaycana işgüzar səfərə gələcək

Rusiyanın Kostroma vilayətinin İnvestisiyalar və Sahibkarlığın İnkişafı Agentliyi "Beynəlxalq Əməkdaşlıq və İxrac" milli layihəsi çərçivəsində avqustun 26-dan 29-dək Kostroma sahibkarlarının Azərbaycana işgüzar missiyasını təşkil edəcək.

Bu barədə "Report" vilayətin dövlət orqanlarının portalına istinadən məlumat verir.
Bakıdakı biznes-missiya çərçivəsində Azərbaycandan olan potensial biznes tərəfdaşlarla fərdi danışıqlar, əməkdaşlıqda maraqlı olan şirkətlərlə əlaqə mübadiləsi, Azərbaycan müəssisələrinə səfərlər, Rusiya İxrac Mərkəzinin regional nümayəndəsi ilə görüş planlaşdırılır.
İşgüzar proqram müddətində biznes-missiyanın hər bir iştirakçısı fəaliyyət istiqaməti üzrə Azərbaycandan olan potensial tərəfdaşlarla azı 5 görüş keçirəcək.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR