Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandı

Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandı

Fransa Qvianasındakı Kuru kosmik mərkəzində işçilərin ehtiyacları üçün saxlanılan 40 min tibbi maska oğurlanıb.

"Report” "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə "Guyaweb” nəşri məlumat yayıb.
Oğurluq barədə məlumatı Fransanın dənizaşırı departamentinin inzibati mərkəzi olan Kayennanın prokurorluğu da təsdiqləyib. Hazırda cinayət işi Kuru polisi tərəfindən araşdırılır.
Fransa KİV-nin məlumatına görə, Fransa Qvianasında 27 nəfər koronavirusa yoluxub. Fransada isə toplamda 22 304 yoluxma hadisəsi təsdiqlənib, 1100 nəfər virusdan ölüb.
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR