Koronavirusun yüngül forması ağır fəsadlar törədə bilər

Koronavirusun yüngül forması ağır fəsadlar törədə bilər

"COVID-19 virusunu yüngül formada, yaxud əlamətsiz keçirənlərdə daha sonra ağır fəsadlar yarana bilər".

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Tokioda özəl klinika rəhbəri Koiçi Hirahata bildirib.
Onun sözlərinə görə, müşahidə etdikləri fəsadlarla üzləşən 378 xəstənin 80 faizindən çoxu 40-50 yaşadək, yəni adətən koronavirusu daha yüngül keçirdiyi hesab olunan yaşdadır. Lakin həmin xəstələr, xüsusilə də koronavirusu əlamətsiz keçirənlər sonra daha ağır fəsadlarla üzləşir.
Belə xəstələr adətən daha çox təqatsizlik, psixoloji düşkünlük, baş və bədən ağrıları, tənginəfəslik, ürək döyüntüsü, yuxusuzluq, iştahasızlıq, iy və dad hissinin yox olması, saç tökülməsi, şüurun tutulması kimi əlamətlərdən əziyyət çəkir.
Ekspert bu kimi fəsadlarının adətən xəstəlikdən dərhal sonra, ya da iki ay ərzində özünü göstərdiyini qeyd edib.
Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR