Koronavirusun aşkarlandığı ölkələrin sayı artdı

Koronavirusun aşkarlandığı ölkələrin sayı artdı

Afrika ölkəsi Cibutidə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Məhəmməd Varsame Diriye açıqlayıb.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxs martın 14-də Cibutiyə gəlmiş İspaniya vətəndaşıdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb. 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 202 284-ə çatıb. Bunların 82 813 nəfəri sağalıb, 8 012 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR