Koronavirusla bağlı xüsusi sayt yaradıldı

Koronavirusla bağlı xüsusi sayt yaradıldı

İnternetdə COVID-19 virusundan ölmə ehtimalını hesablayan "Corona Don’t Panic” saytı işə düşüb.
"Report” xəbər verir ki, layihənin məqsədi koronavirus ətrafında təşvişi səngitməkdir.
Saytda yaş, cins, ölkə və mümkün ola biləcək xəstəliklər (ürək-damar, onkoloji, respirator və s.) barədə məlumat yerləşdirmək olar. Alınmış nəticələr koronavirusdan başqa bir çox şeydən (məsələn suda boğulma) ölmə ehtimalı ilə müqayisə edilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 180-dən çox ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 332 930-a çatıb. Bunların bir qismi sağalıb, 14,5 mindən çox insan ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR