“Koronavirusdan qorunmağın ən doğru yolu peyvənd qəbul etməkdir”- Elşən Musayev

“Koronavirusdan qorunmağın ən doğru yolu peyvənd qəbul etməkdir”- Elşən Musayev

"Koronavirus ümumi bəladır, dünyanı cənginə alıb, bütün bəşəriyyət üçün böyük təhlükəyə çevrilib. Ondan yayınmağın və qorunmağın ən düzgün yolu isə vaxtında peyvənd olunmaqdır. Məhz vaxtında! Çünki peyvəndlə bağlı zamanlama düzgün aparıldığında təhlükə azalır, antitel yetərincə olur, virus öz məqsədinə çata bilmir” – Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev peyvəndləmə prosesi haqda danışarkən söyləyib.

"Ölkədə yetərincə insan 2 doz peyvənd qəbul edib. Hətta bildiyim qədər 3-cü doz peyvəndinin zamanı çatan xeyli sayda vətəndaşlarımız da var. Buradan sizin sayt vasitəsilə həmin dəyərli vətəndaşlarımıza müraciət edirəm: Lütfən, buster adlanan 3-cü doz peyvəndi də gec olmadan, gecikmədən, nəyisə gözləmədən qəbul edin. Əsas da risk qrupuna daxil olan insanlar tələssinlər. Koronavirus elə bir qorxulu xəstəlik, elə bir bəladır ki, o tam bitənə, tam yox olana qədər qətiyyən arxayınlaşmaq və rahatlaşmaq olmaz. Əgər 3-cü dozun zamanıdırsa onu təcili şəkildə qəbul etmək lazımdır. Şəxsən mən 2 həftə öncə 3-cü doz peyvənd qəbul etdim. Heç bir əlavə təsir-filan da hiss etmədim. Hər şey öz yolunda və qaydasındadır. İnsanlara, əsas da yaşlı və əlavə xəstəlikləri olan vətəndaşlarımıza tövsiyyə edirəm ki, bu prosesə qoşulsunlar. Pandemiyadan qurtulmağın, koronavirusa qalib gəlməyin tək yolu budur: Peyvəndlənmək və ümumi qaydalara riayət etmək!” – deyə millət vəkili fikirlərinə davam edib. 

Xəbər 1326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR