Koronavirusa yoluxan Arif İsmayılbəyli komaya düşdü

Koronavirusa yoluxan Arif İsmayılbəyli komaya düşdü

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini Arif İsmayılbəylinin həyat yoldaşı Mərziyyə xanım COVID-19-dan dünyasını dəyişib.

Aktual.az xəbər verir ki, bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

O qeyd edib ki, sədr müavini A.İsmayılbəyli də koronavirus infeksiyasına yoluxub və hazırda komadadır: "Hazırda Arif bəy özü virusla mübarizə aparır. Allahdan Arif bəyə şəfa diləyir, tezliklə bu virusa qalib gəlib, aramıza dönməsini arzu edirik".

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
Xəbər 943 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR