Konstitusiya Məhkəməsinin hakimləri müşavirəyə gedib

Konstitusiya Məhkəməsinin hakimləri müşavirəyə gedib

Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb.

Bu barədə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasından iştirak edən "Report"un əməkdaşı xəbər verir.
Müşavirədən sonra seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarı elan olunacaq.

***
 İclasda daha sonra ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov çıxış edib.
 
"Report"un xəbərinə görə, o, seçkilərin qanunvericiliyə uyğun şəkildə keçirildiyini deyib və müsbət rəy verib.

*** 

İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.

"Report"un xəbərinə görə, məruzəçi hakim qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevarlın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər yoxlanıb.
İclasda daha sonra hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib.
Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 67 şikayət təqdim edilib, həmin şikayətlər aidiyyatı üzrə MSK-ya göndərilib və seçkilərin nəticələrinə təsir göstərməyib.

İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edir.
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR