Konqoda mədən uçqunu nəticəsində 43 nəfər ölüb

Konqoda mədən uçqunu nəticəsində 43 nəfər ölüb

Konqo Demokratik Respublikasının Lualaba əyalətində mədənin uçması nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən "Actualite" portalı məlumat yayıb.
Daha əvvəl 36 nəfərin öldüyü bildirilirdi.
Əyalət qubernatoru Rişar Muyec Manqes Mansın sözlərinə görə, dağıntı nəticəsində ölənlər qadağaya məhəl qoymayaraq karxanada işləyən qeyri-leqal mədənçilər olublar. Hazırda ölənlərin qohumları onların tanınması prosesində iştirak edirlər.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR