Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”

Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”
  • DÜNYA

Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib.

Aktual.az  modern.az-a istinadən xəbər verir ki, yerli saytlardan birinə müsahibə verən eks-prezident baş naziri öz düşməni adlandırıb.
"Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinici instansiya məhkəməsinin hakimi mənə o qədər nifrət etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm".
Koçaryan Rusiya prezidenti Putinlə dost olduqlarını və postunu tərk etdikdən sonra keçən 10 il ərzində sıx münasibətlərini qoruyub-saxladıqlarını da vurğulayıb.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR