Kiyevə yardımımıza baxın: Rusiya çökəcək - Sikorski

Kiyevə yardımımıza baxın: Rusiya çökəcək - Sikorski

Rusiya iqtisadiyyatı bir-iki ildən sonra Ukraynaya qarşı müharibə və beynəlxalq sanksiyalar səbəbindən çökməyə başlamalıdır.
Aktual.az  xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski NATO sammitindən öncə Vaşinqtonda deyib.
"Putin demokratiyaların psixologiyasını başa düşmür. O, bizi qəddarlıqla qorxuda biləcəyini düşünür, lakin başa düşmür ki, bu, yalnız qətiyyətimizi gücləndirir.
Ukrayna indiyədək 300 milyard dollar ciddi hərbi və maddi yardım alır, üstəgəl dondurulmuş Rusiya aktivləri üzrə faizlər, üstəgəl öz hərbi büdcəsi, üstəgəl Rusiyaya qarşı sanksiyalar, üstəlik, hazırda Rusiyanın neft emalı zavodlarını vuran silahlar əldə edir. Düşünürəm ki, Rusiya iqtisadiyyatı bir-iki ildən sonra çökməyə başlayacaq”, - nazir qeyd edib.
Xəbər 191 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR