KİV: Hindistan Kəşmirin muxtariyyətini ləğv edib

KİV: Hindistan Kəşmirin muxtariyyətini ləğv edib
  • DÜNYA

Hindistanın daxili işlər naziri Amit Şah Cammu və Kəşmirin muxtar bölgə statusunu özündə ehtiva edən 370 saylı qanunun ləğv edildiyini açıqlayıb.

"Report” xəbər verir ki, məlumatı "Haber7” yayıb.
Bildirilib ki, avqustun 5-də səhər saatlarında məsələ ilə bağlı uyğun sənəd təsdiq üçün Hindistan parlamentinə təqdim edilmişdi.
Xatırladaq ki, Cammu və Kəşmirin şimalında iki nüfuzlu şəxs avqustun 4-də gecə saatlarında Hindistan polisi tərəfindən həbs edilb. Yerli NDTV-nin məlumatına görə, onlardan biri bölgənin keçmiş başıçısı Məhbub Müfti, o biri isə müxalifətin lideri, regional parlamentin keçmiş sədir, bölgənin sabiq baş naziri Ömər Abdulladır.
Ömər Abdulla Cammu və Kəşmirin Milli Konfrans Partiyasının, Məhbub Müfti isə Cammu və Kəşmirin Milli Demokratik Partiyasının sədrləridir.
Bölgənin Srinaqare və başqa rayonlarında ictimai toplantıları və ya mitinqlərin keçirilməsi qadağan olunub. Bölgənin bəzi hissəsində cib telefon əlaqələri kəsilib və internetə giriş bağlanıb.
Qeyd  edək ki, 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949-cu ildən) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi” elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də, bu problem hələ də öz həllini tapmayıb. Ötən həftə Hindistanın bölgəyə əlavə hərbi  qüvvə yeritdiyinə dair xəbər yayılmışdı. 
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR