Kirkorovun qətlini Maksim Qalkin sifariş verib?

Kirkorovun qətlini Maksim Qalkin sifariş verib?

2017-ci ildə Mahaçqalada Filipp Kirkorovun konsertində teror təşkil etmək istəyən şəxslərin sifarişçisi olaraq Maksim Qalkin günahlandırılır.


Aktual.az axşam.az-a istinadən bildirir ki, bu barədə məhkəmə zamanı teror aktını törətməyə cəhddə günahlandırılan Xıdırnəbi Qazuyev məlumat verib.

O söyləyib ki, Filippi öldürmə əmrini Qalkindən alıb. Buna səbəb isə onun müğənnini həyat yoldaşı Alla Puqaçovaya qısqanmasıdır.

Bildirilir ki, Qalkin qətli gerçəkləşdirməsi üçün Xıdırnəbiyə 2 milyon rubl (təxminən 51 min manat) təklif edib.

Xıdırnəbi onu da deyib ki, ilkin ödəniş olaraq ona 1 milyon rubl (təxminən 25 min manat) ödənib. O isə bu pulu partlayıcı maddə almaq üçün xərcləyib və daha sonra bir çox insana zərər verəcəyini düşünüb və əməlindən vaz keçib.

Qalkin isə bütün bu iddiaları rədd edərək, heç bir açıqlama verməyəcəyini söyləyib.

Xəbər 91 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR