Köhnə mənzillərin qiymətləri ucuzlaşdı

Köhnə mənzillərin qiymətləri ucuzlaşdı

Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2017-ci ilin iyununda 0,59 faiz azalıb.

Aktual.az xəbər verir ki, bunu MBA Group konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib. 

Onun sözlərinə görə, bir ay ərzində torpaq, kirayə mənzil və kommersiya obyektləri bazarında qiymətlər artıb, təkrar və ilkin mənzillərin qiyməti, kommersiya obyektlərinin icarəsi azalıb: "İyunda köhnə mənzillərin kvadrat metrinin dəyəri 1737 manatdan 1614 manata qədər (7,24 faiz), ilkin mənzillərin kvadrat metri 1452-dan 1432 manata (1,41 faiz), kommersiya obyektlərinin icarə qiyməti - bir kvadrat metr üçün 13,77 manatdan 13,57 manatadək azalıb. Eyni zamanda, torpaq sahələrinin 100 kv. m. dəyəri 20118 manat təşkil edib ki, bu da may ayının göstəricisindən 0,7 faiz çoxdur (20 105 manat). Kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 4,89 faiz artıb (2926 manatdan 3069 manata), mənzillərin icarə qiyməti isə bir kvadrat metr üçün 8,83 manatdan 8,92 manata, yəni 0,96 faiz artıb".

Onun sözlərinə görə, ilin əvvəlindən bazarda ümumilikdə 0,56 faiz artım müşahidə olunur, halbuki bazarın ayrı-ayrı seqmentlərində göstəricilər azalma nümayiş etdirir: "Belə ki, ilkin və təkrar bazarda evlərin qiyməti müvafiq olaraq 5,12 və 9,45 faiz, torpağın qiyməti 4,52 faiz, kommersiya obyektlərinin qiyməti 19,91 faiz, mənzil və kommersiya obyektlərinin icarə qiyməti isə müvafiq olaraq 14,76 və 19,91 faiz azalıb".

Nüsrət İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında qiymətlər il ərzində 23,27 faiz, təkrar mənzil 1,91 faiz, torpaq bazarında - 8,83 faiz artıb: "Ötən ilin iyun ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 17,4 faiz azalıb, mənzil və kommersiya obyektlərinin icarəsi isə müvafiq olaraq 8,58 və 4,67 faiz ucuzlaşıb".
 

Aktual.az

Xəbər 3239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR