Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq

Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq

Qurban Bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdatəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib.
O qeyd edib ki, həmişə dövlət qurumları tərəfindən Qurban bayramı ərəfəsində yaradılan məntəqlərdə təmizlik və dizenfeksiya işləri aparılır: "Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin keçiciliyin qarşısını almaqdır. Bu səbəblə bayram günlərindən sonra cadırtipli kəsim məntəqələri yığışdırılanda yenidən təmizlik işləri aparılacaq".
R.Abdullayev əlavə edib ki, göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir:

"Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır".
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR